21 İyul 2014 15:57
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Formula-1”in yeddiqat qalibi Mixail Şumaxer evinə qayıdır.


Alınan məlumata görə, Şumaxer peabilitasiya prosesini öz evində davam etdirəcək. Dekabrın sonunda dağda xizək sürərkən aldığı ağır zədədən sonra 6,5 ay komada qalan ünlü pilot, ayıldıqdan sonra Qrenobol xəstəxanasından Lozannada yerləşən reabilitasiya mərkəzinə köçürülmüşdü.

Həyat yoldaşı Korinna bildirmişdi ki, Şumaxerin durumu getdikcə yaxşılaşır. Şumaxerin yaxın vaxtlarda mərkəzdən evə buraxılacağı gözlənilir.

Reabilitasiya mərkəzinin baş həkimi Mark Meder bildirib ki, belə xəstələrin evdə müalicəsi daha effektli olur. Ancaq həkim bildirib ki, ailəsinin Şumaxerə baxması o qədər də asan olmayacaq.

/publika.az/


Müəllif: