23 İyul 2017 13:51
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun paytaxtı Minskdə cüdo üzrə Avropa çempionatına start verilib.

Teleqraf.com Qol.az-a istinadən verdiyi məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisi 2 qızıl medal qazanıb.

66 kq çəkidə Nicat Şıxəlizadə və 72 kq çəkidə Hidayət Heydərov bütün rəqiblərindən üstün olub. Heydərov yarımfinalda Ermənistan cüdoçusu Arsen Qazaryanı məğlub edib.

Qeyd edək ki, yarışda Azərbaycan millisi 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunur.


Müəllif: Teleqraf.com