24 İyul 2017 09:11
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Topaz Premyer Liqanın 2017/18 mövsümünə Türkiyədə hazırlaşan “Sumqayıt” Boluda növbəti yoxlama oyunu keçirib.

Teleqraf.com-un xəbərinə görə, “kimyaçılar” bu gün “Sivasspor”la qarşılaşıb və 0:4 hesabı ilə uduzub. Qolları Leandrinyo (12-ci dəq.), Kalip Güzel (50, Arslan, 71) və Mutlu (84) vurublar.

Qeyd edək ki, “Sumqayıt” bundan əvvəl Türkiyədə keçirdiyi iki yoxlama oyununun birində uduzub (“Osmanlıspor” - 1:2), digərində qələbə qazanıb (“Əl-Fateh” – 3:0).


Müəllif: Teleqraf.com