25 İyul 2017 14:21
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Batumi şəhərində kikboksinq üzrə yeniyetmələrin Dünya Kuboku yarışı keçirilib.

Teleqraf.com xəbər verir ki, dünyamiqyaslı yarışda Azərbaycanı təmsil edən 11 yaşlı idmançımız Ədalət Əliyev birinci yeri qazanıb.

Yarışda 32 kq çəki dərəcəsində mübarizə aparan Ədalət Əliyevin çıxışı ikiqat bayramla əlamətdar olub. Belə ki, yeniyetmə idmançımız qızıl medalını həlledici görüşdə erməni idmançısına qalib gəlməklə əldə edib. Fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Ədalət həm də mənfur qonşumuzun təmsilçisinə yerini göstərib və üçrəngli bayrağımızı dalğalandırıb.

Qazandığı nəticəyə görə məşqçilərinə, xüsusən də Nizami rayon 13 saylı ixtisaslaşdırılmış idman məktəbinin əməkdar məşqçisi Zaur Məmmədova təşəkkür edən yeniyetmə Ədalət gələcəkdə də ölkəmizi beynəlxalq miqyaslı yarışda layiqincə təmsil edəcəyinə söz verib.


Müəllif: Könül