26 İyul 2017 12:03
1 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taylandın Naxom-Patom şəhərində keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında yarışın qalibləri mükafatlandırılan zaman azərbaycanlı yarışçı Turan Məmmədli öz hərəkəti ilə hamını təəccübləndirib.

Bu barədə Teleqraf.com-a Turanın bibisi qızı Aygül Rzayeva xəbər verib. Əslən Xızıdan olan 17 yaşlı olimpiadaçı Azərbaycan və Ermənistan bayraqlarının yanaşı dayanmasına imkan verməyərək, maraqlı bir addım atıb. Belə ki, mükafatlandırma mərasimi zamanı əlində bayraqla səhnəyə çıxan Turan olimpiadaçı yoldaşlarının yanında yer alıb. Ardınca isə əlində bayraqla səhnəyə gələn erməni olimpiadaçı keçib onun yanında dayanıb. Bu zaman Turan erməninin yanında dayanmaq istəmədiyi üçün yerini dəyişərək, azərbaycanlıların alqışlarını qazanıb. Həmin video sosial şəbəkələrdə xeyli paylaşılıb.

Qeyd edək ki, Turan yarışda üçüncü yeri qazanıb.


Müəllif: Könül