13 Aprel 2014 23:06
1 353

Türkiyənin “Star TV” kanalında yayımlanan “Survivor” yarışmasında iştirak edən türkiyəli aktyor Azərbaycan üçün oynayıb.

“Qafqazinfo”nun məlumatına görə, azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı Tolqa Karel “Survivor”da “Məşhurlar” komandasında "Könüllülər"ə qarşı oynayır.

Hazırda mükafat oyununda qalib gələn aktyor bu qalibiyyətini bu cümlələrlə qeyd edib: “Azərbaycan üçün, qardaş ölkəm üçün...”.


Müəllif: Teleqraf.com