7 Avqust 2017 10:20
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet İttifaqı qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq boks turnirinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, Belarusun paytaxtı Minskdə keçirilən yarışda mübarizə aparan Azərbaycan yığması vətənə 5 medalla dönüb.

Turnirdə 15 ölkədən 100-dən artıq kişi və qadın boksçu qüvvəsini sınayıb.

Komandamızın heyətində Pərviz Bağırov (69 kq) finala kimi irəliləyib və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Umud Rüstəmov (56 kq) yarışı 3-cü pillədə başa vurub. Digər 3 medalı isə qadın boksçularımız qazanıblar. Həmyerlilərimizdən Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) bürünc medala yiyələniblər.

Qeyd edək ki, Fuad Aslanov turnirdə ölkəmizi hakim kimi təmsil edib.


Müəllif: Nərgiz