9 Avqust 15:40
407

Topaz Premyer Liqasının debütantı olan "Səbail" klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.

Futbolxeber.az-ın məlumatına görə, bu vəzifəyə uzun müddətdir AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis işləyən Törə Əhmədova təyinat alıb.

T.Əhmədova "Səbail"də həmin vəzifədə AFFA-dakı həmkarı Firuz Abdullanı əvəzləyib. F.Abdulla klubda Müşahidə Şurasına yeni üzv seçilib.

T.Əhmədova futbol tariximizə düşüb. O, Azərbaycanda futbol klubunda ilk xanım mətbuat katibi olub.


Müəllif: Teleqraf.com