11 Avqust 21:49

Azərbaycanda futbol üzrə 2017/18 mövsümünə start verilib.

Teleqraf.com xəbər verir ki, Premyer Liqanın ilk turunun açılış oyununda “Neftçi” və “Qarabağ” üz-üzə gəlib.

“Bakcell Arena”da keçirilən və saat 21:00-da başlayan matçın start fitindən əvvəl dövlət himni səslənib.
Artıq oyunun 14-cü dəqiqəsində "Qarabağ"ın oyunçusu Mahir Mədətov hesabı açıb.

Ağdam klubu 3:1 hesabı ilə qalib gəlib.

11 avqust (cümə)

Topaz Premyer Liqa

I tur

21:00. “Neftçi” - “Qarabağ” - 1:3
Qol:
Mahir Mədətov, 15 (1:0), 40 (2:0), Dino Ndlovu, 62 (3:0), Rahid Əmirquliyev, 90-avtoqol (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
“Bakcell Arena”

Qeyd edək ki, ilk turun oyunları 3 günü əhatə edəcək. “İnter” – “Qəbələ” matçı avqustun 12-ə təyin edilib. “Sumqayıt” – “Kəpəz” və “Zirə” – “Səbail” qarşılaşmaları isə bazar günü keçiriləcək.


Müəllif: Teleqraf.com