12 Avqust 12:36
263

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxıb.

Teleqraf.com xəbər verir ki, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.

Biletlərin "qara bazar"a ötürülməsinin qarşısını almaq üçün bir azarkeşə maksimum iki bilet satılır.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-10 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.

1-5 və 24-27 nömrəli sektorlar - 1 AZN

6-8 və 21-23 nömrəli sektorlar - 2 AZN

9, 10 və 19, 20 nömrəli sektorlar – 3 AZN

11, 12 və 17, 18 nömrəli sektorlar - 5AZN

13,16 və 29, 38 nömrəli sektorlar 10 AZN

Qeyd edək ki, "Qarabağ" – “Kopenhagen" matçı avqustun 15-i saat 20:00-da start götürəcək.


Müəllif: Samir