13 Avqust 2017 19:45
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kubokunun oyununu tarixdə ilk dəfə olaraq qadın hakim idarə edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 1-ci mərhələnin “Kemnitser” – “Bavariya” oyunu (0:5) Bibiana Ştaynhausun başçılıq etdiyi briqadaya həvalə olunub.

Qeyd edək ki, 38 yaşlı Ştaynhaus ötən mövsüm bundesliqada da hakimlik edib. Ona növbəti çempionatın oyunları zamanı da təyinat veriləcək.


Müəllif: Teleqraf.com