14 Avqust 2017 18:33
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Futbol Federasiyası "Real"ın hücumçusu Kriştiano Ronaldonu 5 oyunluq cəzalandırıb.

Teleqraf.com-un məlumatına görə, buna ötən gün İspaniya Superkubokunda "Barselona" ilə qarşılaşma zamanı iki sarı kart alaraq meydanı tərk edən portuqaliyalı futbolçunun hakimi itələməsi səbəb olub.

Qeyd edək ki, "Nou Kamp" stadionunda keçirilən ilk oyun 2:1 hesabı ilə "Kral klubu"nun xeyrinə başa çatıb.


Müəllif: Teleqraf.com