16 Avqust 2017 21:58
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sarayevo şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Teleqraf.com xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın U-17 yığması ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma qolsuz bərabərliklə yekunlaşmışdı.


Müəllif: Teleqraf.com