17 Avqust 2017 16:58
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər istədiyin “Qızıl top” isə, sənə “Qızıl top”u verəcəyəm. Yetər ki, bizimlə qal.

Teleqraf.com İspaniyanın “Sport” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Messi “Barselona” klubunda qalması üçün Neymara deyib.

Xəbərə görə, Messi və Suarez Çempionlar Liqasında “Yuventus”la oyundan qabaq Neymar ilə lüks bir oteldə görüşüb. Həm Messi, həm də Suarez PSJ-yə getməməsi üçün Neymarı yola gətirməyə çalışıb.

Messi görüşdə Neymarın daha ön plana çıxması üçün fədakarlıq etməyə hazır olduğunu deyib:

“Əgər istədiyin “Qızıl top” isə, sənə “Qızıl top”u verəcəyəm. Yetər ki, bizimlə qal”.

Bununla belə, Neymarı razı salmaq mümkün olmayıb.

Qeyd edək ki, futbol tarixinin ən bahalı oyunçusu kimi PSJ-yə transfer olan Neymar ilk oyununda 1 qol, 1 ötürməsiylə yadda qalıb.


Müəllif: Alpər Cəbrayıl