17 Avqust 2017 18:53
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA, Çempionlar Liqası üçün nəzərdə tutulan pul makafatlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, qitənin bir nömrəli yarışında ölkəmizi təmsil edən “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanacağı halda büdcəsini xeyli zənginləşdirəcək.

Belə ki, qrup mərhələsinə vəsiqənin mükafatı 12,7 milyon avro təşkil edir. Bundan başqa qrupda qazanılan hər qələbə 1,5 milyon, heç-heçə isə yarım milyon avroyla qiymətləndirirlir.

1/8 finala yüksələn komandalar büdcələrini daha 6 milyon avro zənginləşdirəcək. 1/4 finalın mükafatı 6,5 milyon, yarımfinalınkı isə 7,5 milyondur.

Çempionlar Liqasını qazanana 15,5 milyon, finalçıya isə 11 milyon avro veriləcək.


Müəllif: Teleqraf.com