18 Avqust 2017 10:49
2 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londanda dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyevin qələbəsini həyat yoldaşı da təbrik edib.

Qafqazinfo xəbər verir ki, sosial şəbəkədə Ramillə şəklini paylaşan xanımı Marqarita Duqina “sən mənim qəhrəmanımsan” deyə şərh yazıb.

O, daha sonra bunları qeyd edib: “Xoşbəxtəm ki, əməyin boşa getmədi. Bu cür qələbələr uzunmüddətli sevinc yaradır. Hələ bizə bu qələbə çox bəs edər”.

Qeyd edək ki, Ramil Quliyevin ukraynalı xanımı Marqarita Duqina da atletdir. Onlar birlikdə Türkiyədə yaşayırlar.


Müəllif: Teleqraf.com