20 Avqust 2017 18:11
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taypey şəhərində keçirilən tələbələrin Universiadasında cüdo yarışlarına start verilib.

Azərbaycan Cüdo Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, oyunların ilk günü Azərbaycan millisi üçün uğurlu olub. ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək universiadanın qalibi adına layiq görülüb.
Cüdoçumuz Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarına qalib gələrək qızıl medal qazanıb.

Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib və üç rəngli bayrağımız qaldırılıb.


Müəllif: Teleqraf.com