20 Avqust 2017 23:25
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Qəbələ” – “Suqayıt” matçı ilə Azərbaycan Premyer Liqasının 2-ci turuna yekun vurulub.

Teleqraf.com xəbər verir ki, turun son matçında “Qəbələ” rəqibinə minimal hesabla qalib gəlib.

Matçda yeganə qolu 40-cı dəqiqədə Tellur Mütəllimov vurub.

Qeyd edək ki, 2 turdan sonra 6 xal toplayan “Qəbələ”, eyni xala sahib “Zirə” və “Qarabağ”la liderliyi bölüşür.


Müəllif: Teleqraf.com