22 Avqust 2017 14:42
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvanda təşkil edilən 29-cu Yay Universiada Oyunlarında taekvondo idman növü üzrə yarışlarda 68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayxan Tağızadə erməni rəqibini məğlub edərək finala vəsiqə qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, yarışın ilk günü iki taekvondoçumuz mübarizə aparıb. Əvvəlcə dayanq üzərinə Ayxan Tağızadə çıxıb. O, fransız Fabio Mattelə 19:7, Böyük Britaniyalı Yakob Barnettə 17:9, Xavier Perezə (İspaniya) 9:7 hesabı ilə qalib gələrək yarımfinala adlayıb. Final uğrunda qarşılaşmada isə erməni rəqibi Sergey Vardazaryana (31:14) şans verməyən taekvondoçumuz finalda rusiyalı taekvondoçu Boris Krasnovla döyüşəcək.

Digər idmançımız Qaşım Maqomedov (- 54 kq) isə ilk rəqibi Embrion Hidayətullaha (İndoneziya) 29:19 hesabı ilə qalib gəlsə də, Avstraliya təmsilçisi Malcom Levisə 10:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.


Müəllif: Nərgiz