23 Avqust 2017 02:13
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlk oyundan sonra demişdim ki, cavab matçı daha çətin olacaq. İlk dəqiqələrdən rəqib pressinq edəcək".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin "Kopenhagen"lə cavab oyunu üçün təşkil olunan mətbuat konfransında deyib.

O, bu gün keçiriləcək matçın Bakıdakı ilə müqayisədə daha ağır olacağını bildirib:

"Bu oyunda daha çox güc sərf etməliyik. Rəqib azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacacaq, biz də bunun qarşısını almaq üçün meydana çıxacağıq. Sabah bizi ağır oyun gözləyir. Şansımız var və bu şansdan maksimum istifadə etməyə çalışacağıq”.

Xatırladaq ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Komandalar arasında ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

\qol.az\


Müəllif: Teleqraf.com