24 Avqust 2017 10:15
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qarabağ” klubunu Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, Leyla Əliyeva təbriklərini özünün İnstaqram səhifəsində çatdırıb: “Təbriklər, “Qarabağ”! İrəli!”

Qeyd edək ki, dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubu həlledici matça çıxıb. Matç “Kopenhagen”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsi bərabər olsa da, rəqib meydanda vurulan top hesabına “Qarabağ” növbəti mərhələyə adlayıb.

Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.


Müəllif: Teleqraf.com