24 Aprel 2014 17:35
413

İngiltərənin “Liverpul” komandası “Enfild” stadionunun yenilənməsini planlaşdırır.

Teleqraf.com xəbər verir ki, klub bununla bağlı müzakirələrə start verib. Rəhbərlik stadionun gələcək görkəmini müəyyənləşdirərkən azarkeşlərin də mövqeyini öyrənməyi düşünür. Bunu üçün azarkeşlərlə görüşüb müzakirələr aparılması planlaşdırılır. Müzakirələrə bu həftədən başlanılacaq.

Stadionun yenilənməsi üçün hazırlanacaq layihə isə yayda təqdim olunacaq. Klub rəhəbrliyi artıq bir neçə eskizi tvitter səhifəsində yayımlayıb.


Müəllif: