24 İyul 2014 11:59
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray”da idarə heyətində yenidən seçkilər olacaq. Belə ki, klub rəhbərliyi basketbol şöbəsinin vitse-prezidentliyini Necati Demirkoldan alaraq Türkiyənin tanınmış müğənnisi Candan Erçetinə verəcək.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, klubun prezidenti Ünal Aysal yaxın zamanda keçiriləcək toplantıda qərarını açıqlayacaq.

Qeyd edək ki, Necati Demirkol keçən il basketbol şöbəsində önəmli işlərə imza atıb və komandalarının uğurunda əhəmiiyyətli rolu olub.

Aygün İlqarqızı


Müəllif: