24 Aprel 2014 18:14
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbs olunacağı günü gözləyən “Fənərbaxça” prezidenti Aziz Yıldırım üçün həbsxana hazırlanır.

Teleqraf.com-un məlumatına görə, Aziz Yılıdırım ayrıca həbsxanada qalacaq. Belə ki, Aziz Yıldırım üçün Yenipazar İlçəsindəki cəza evinin hazırlanması təlimatı verilib. Yenipazar bələdiyyə başqanı Zafer Savçı açıqlamasında Aziz Yıldırımın həbsxanaya girməsini istəmədiklərini deyib:

“Biz bunu istəmirik. Amma bu baş verərsə, iqtisadi və sosial baxımdan ona kömək etməyi düşünürük”.

Maraqlısı ondadır ki, Aziz Yıldırım Yenipazar həbsxanasını özü seçib. Yıldırım 2012-ci ildə o zaman burada həbsdə olan keçmiş daxili işlər naziri Mehmet Ağarı ziyarət edib. Ağarla 45 dəqiqə görüşən “Fənərbaxça” başqanın həbsxananı yaxından görmək şansı da olub.

Aygün İlqarqızı


İşte Aziz Yıldırım için hazırlandığı iddia... by cumhuriyet


Müəllif: