8 Sentyabr 2017 23:32
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ”ın “Çelsi”yə qarşı Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirəcəyi oyun üçün Bakıya göndərilmiş biletlərin hamısı satılıb.

Teleqraf.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıya göndərilən biletlərin sayı 400-ə yaxın olub. Ancaq bu o demək deyil ki, 400 azarkeşin hamısı Bakıdan İngiltərəyə gedəcək. Alınan biletlərdən xarici ölkəyə göndərilənləri də olduğu bildirilib.

Londonda bilet əldə etmək istəyən “Qarabağ” azarkeşləri üçün isə sentyabrın 11-də satış həyata keçiriləcək. Bilet satışının məkanı haqqında növbəti günlərdə ətraflı məlumat veriləcək.

Biletlərin qiymətlərinə gəlincə, “first class” 75 funt sterlinq, azarkeş sektoru isə 35 funt sterlinqdir. Londonda Ağdam klubunun forma, şarf və papaqlarının satışı da təşkil olunacaq.

Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək “Çelsi” – “Qarabağ” oyunu saat 22:45-də başlayacaq.


Müəllif: Teleqraf.com