9 Sentyabr 18:55

Sentyabrın 4-dən 9-dək Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq meqapolis olimpiadası keçirilib.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 36 ölkənin, 288 məktəblinin qatıldığı olimpiadada şagirdlərimiz uğur qazanıblar.

Olimpiadaya ilk dəfə qatılan məktəblilərimiz bir qızıl və dörd bürünc medal əldə ediblər.

Kimya fənni üzrə Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Ramil Babazadə qızıl, Kimya, Biologiya təmayüllü liseyin X sinif şagirdi Əli Əliyev bürünc medal qazanıblar.

İnformatika fənni üzrə Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov bürünc, riyaziyyat fənni üzrə Ademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdi Anar Rzayev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Murad Ağazadə bürünc medala layiq görülüblər.

Komanda üzrə ölkəmiz 3-cü yerdə qərarlaşıb.

Meqapolis olimpiadası 4 fərqli fənlər ( riyaziyyat, informatika, kimya və fizika ) üzrə keçirilən komanda turniridir. 14-18 yaş arası yuxarı sinif şagirdləri arasında keçirilən olimpiadaya ölkəmiz hər fənn üzrə 2 şagird olmaqla 8 iştirakçıdan ibarət komanda heyəti ilə qatılıb.


Müəllif: İlhamə Əbülfət