10 Sentyabr 2017 17:26
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ” klubunun futbolçuları ali təhsil müəssisələrinə builki qəbul imtahanlarında Qəbələ rayonundan yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırıblar.

Teleqraf.com xəbər verir ki, “Qəbələ”-“Zirə” matçının fasiləsində qəbul imtahanlarında 650-dən çox bal toplayan 5 məzununa hədiyyələr təqdim olunub. Klubun futbolçuları 695 bal toplayan İmran Nəzirlini, 670 balla ali məktəbə qəbul olan Ayşən Ağamoğlanovanı, 663 bal yığan Elmar Kərimovu, 654 bal və 653 ballar toplayan Nilufər Cəbrayılbəyli və Nəcabət Yaralıyevanı mükafatlandırıblar.

“Qəbələ” komandası ali məktəblərə qəbul olunan abituriyentləri təbrik edərək onlara təhsil və şəxsi həyatlarında uğurlar arzulayıb.


Müəllif: Kəmalə