11 Sentyabr 2017 00:42
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi”nin qonağı olacaq “Qarabağ” bu gün Bakı-London reysiylə İngiltərəyə yollanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat klubun saytına yerləşdirilib.

“Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-si, saat 22:45-də start götürəcək.

"Qarabağ"ın UEFA Gənclər Liqasında mübarizə aparacaq U-19 komandası da əsas komandayla birgə səfərə yollanıb. Bu yarışda komandanın “Çelsi”ylə oyunu sentyabrın 12-si, Bakı vaxtıyla saat 16:05-də start götürəcək.


Müəllif: Teleqraf.com