12 Sentyabr 00:59

“Çelsi”nin hücumçusu Alvaro Morata “Real”da çıxış edərkən ona qarşı oynamışam. “Çelsi”nin hücum xəttində kimin olmasından asılı olmayaraq, onları dayandırmağa çalışacağam.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun polşalı müdafiəçisi Yakub Jezniçak sabah

“Çelsi” ilə baş tutacaq qarşılaşmadan öncə rəqiblə bağlı fikirlərini bölüşərkən deyib.

Sabahkı matçın “Qarabağ”ın Çempionlar Liqasında ilk oyunu olduğunu qeyd edən müdafiəçi qrupdakı komandaların çox güclü olduğunu bildirib: “Amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik”.

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ” səfərdə “Çelsi” ilə qarşılaşacaq. Görüş sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Müəllif: Nərgiz