13 Sentyabr 2017 01:35
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qalibi olmağa namizəd bir komanda ilə oynadıq, “Çelsi”nin gücü hər kəsə məlumdur.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə səfər oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

O, London klubuna 0:6 hesabı ilə uduzmalarını turnirdə təcrübələrinin olmamaları ilə əlaqləndəririb:
“Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olmağı ilə bağlıdır. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. “Çelsi” və Antonio Konteni də qələbə münasibəti ilə təbrik edirəm”.


Müəllif: Teleqraf.com