13 Sentyabr 11:29

Dünən “Qarabağ”- “Çelsi” oyunundan sonra London mediası bu qarşılaşmanı şərh edib.

Teleqraf.com xəbər verir ki, Londonun “theguardian.com” saytında oyun haqqında dərc olunan böyük bir məqalədə bu sözlər yazılıb:

“Bu qədər incə qarşıdurma olmamışdı. “Qarabağ” debütant idi. 24 il əvvəl Ağdamdakı evindən sürgün olunan bu Azərbaycan klubu elitada rəqabət apardığına görə qürur duyur”.

Məqalədə Qarabağın məğlubiyyət səbəbi də izah olunub:

“Çelsi”- “Qarabağ” görüşü 6-0 hesabı ilə bitdi. “Qarabağ”ın gözlənilməz qorxunc müdafiə oyunu “Çelsi”yə rahatlıqla qələbə qazanmağa imkan verdi. “Çelsi”nin bütün oyunçularına yalnız sözdə deyil, həqiqətdə də güvənirik. Lakin keçən mövsümdəki kimi 13 oyunçu ilə oynaya biləcəyimizi düşünmək dəlilik olardı. Buna görə də yaxşı oyunçuları yığıb yaxşı bir rəqabət yaratmalıydıq ki, oyun getsin.

Ev sahibinin ilk 2 qolu sevindirici idi. Lakin sonrakı qollar psixoloji basqının nəticəsidir. “Qarabağ”ın müqaviməti tamamilə dağıdılmışdı, “Qarabağ”da yorğunluq yaşandıqdan sonra hətta Bakayoko da qol vura bildi”.


Müəllif: Könül