15 Sentyabr 2017 08:44
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atletiko"nun yeni stadionu "Vanda Metropolitano" stadionunun tikintisi üçün xərclənən məbləğ müəyyənləşib.

Teleqraf.com-un xəbərinə görə, bu, stadionun sahiblərinə ümumilikdə 310 milyon avroya başa gəlib. Bu məbləğin 170 milyon avrosunu klub ödəyəcək.

Daha 140 milyon isə keçmiş Visente Kalderon stadionunun yerləşdiyi torpaq sahəsinə görə veriləcək.

Qeyd edək ki, 68 min azarkeş tutumuna malik olan "Vanda Metropolitano" stadionunda "Atletiko" ilk oyununu La Liqada sentyabrın 16-ı "Malaqa"ya qarşı keçirəcək. Madrid klubu Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ", "Çelsi" və "Roma"nı da məhz bu stadionda qəbul edəcək.


Müəllif: Teleqraf.com