15 Sentyabr 2017 10:02
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov sərt qərar qəbul edib.

Təcrübəli mütəxəssis futbolçulardan birini cəzalandırıb.

Məlumata görə, çalışdırıcı uzun müddətdir klubun uğurları üçün çalışan Bosniya və Herseqovina millisinin üzvü İbrahim Şehiçi cəzalandırıb. Belə ki, qolkiper qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.

Qeyd edək ki, 29 yaşlı "çərçivə qoruyucu"su Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Çelsi" ilə matçda kobud səhvlərlə yadda qalıb./futbol11.az/


Müəllif: Teleqraf.com