24 İyul 2014 18:21
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalistlər “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin Sloveniyada keçirdiyi mətbuat konfransına maraq göstərməyib.

Bu barədə “Koper” klubunun rəsmi saytı məlumat yayıb.

Mənbədə qeyd olunur ki, matça akreditasiya almaq üçün kluba 40 KİV nümayəndəsi müraciət etsə də, oyunöncəsi mətbuat konfransında çox az jurnalist iştirak edib.

Belə ki, rəqib baş məşqçi Rodolfo Vanolinin mətbuat konfransında 4 nəfər jurnalist iştirak etsə də, Hacıyevin çıxışına ancaq Bakı klubu ilə Sloveniyaya səfər etmiş Elnur Əşrəfoğlu qulaq asıb.

Qeyd edək ki, bu gün “Neftçi” Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya klubu “Koper”lə qarşılaşacaq.

/publika.az/


Müəllif: