16 Sentyabr 2017 21:59
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Topaz Premyer Liqasının V turu çərçivəsində paytaxtın “Neftçi” və “Zirə” komandaları qarşılaşıb.

“Bakcell Arena”da oynanılan görüşdə “Zirə” komandası 2:1 hesabı ilə qalib gəlib. Hesabı matçın 17-ci dəqiqəsində qonaqlar açıb. “Zirə”nin oyunşusu Vüsal İsgəndərli fərqlənib. Qarşılaşmanın 52-ci dəqiqəsində isə Riçard Qadze hesab arasındakı fərqi iki topa çatdırıb. Lakin qonaqların sevinci cəmi bir dəqiqə davam edib. “Neftçi”nin legioneri Uqo Barqas 53-cü dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb – 1:2.

Görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Müəllif: Teleqraf.com