17 Sentyabr 2017 17:42
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın “Barselona” klubu ciddi itki ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, La Liqanın 4-cü turunda “Xetafe”ni səfərdə 2-1 məğlub etdiyi matçda zədə alan Usman Dembelenin durumunun ciddi olduğu müəyyənləşib.

İspaniya mətbuatının yaydığı xəbərə görə, katoloniyalıların yeni transferi bu gün tibbi müayinədən keçib və onun 2 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Qeyd edək ki, Dembele yay transfer dönəmində 105 milyon avro qarşılığında “Borussiya Dortmund”dan “Barselona”ya transfer olunmuşdu.


Müəllif: Teleqraf.com