18 Sentyabr 2017 01:42
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qələbə qazandığımıza görə şadam. Oyundan razı qaldım. Uşaqların hamısına "afərin” deyirəm".

Teleqraf.com xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "Səbail"i 3:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra deyib. Ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- Hakimin ofsayd qərarına kəskin etiraz etdiniz…

- Biz oturduğumuz yerdən Endi Hallideyin oyundankənar vəziyyətdə olmadığı açıq görünürdü.

- Cavid Hüseynovun zədəsi nə yerdədir?

- Ciddi bir şey yoxdur. Sadəcə, bir qədər ağrıları olduğundan, risk etmək istəmədik.

- "Sumqayıt”la oyundan sonra hakimlərdən narazılıq etmişdiniz. Bir müddət öncə isə "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov da AFFA-nı tənqid etdi. Düşünmürsünüzmü ki, hakimlərin sizin əleyhinizə qərar verməsi bununla bağlıdır?

- Mən burda olduğum müddətdə həmişə danışmışam, indi də danışacağam. Heç nədən qorxmuram. Demirəm ki, yalnız bizim əleyhimizə qərarlar verirlər. Lakin düzgün qərar olmayanda bu barədə danışmalıyıq.

- İlk 10-15 dəqiqədə Daboya qarşı çox əsəbi görünürdünüz. İndi düşünmürsünüzmü ki, ona qarşı haqsızlıq etmisiniz?

- İlk dəqiqədən soyuqqanlı idim. Hansısa futbolçunun oyunundan narazılıq etmişəmsə, deməli, həmin anda buna layiq idi.


Müəllif: Teleqraf.com