19 Sentyabr 2017 01:37
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa birinciliyində Azərbaycanın milli komandası qələbə qazanıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan cüdoçuları bu mötəbər yarışda 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

Azərbaycan idmançılarından Kəramət Hüseynov, Hidayət Heydərov və və Zelim Kotsoyev Avropa çempionu titulu əldə ediblər.

Gümüş mükafatlara Rəşxan Baxışəliyev və Murad Fətiyev layiq görülüb.

Xanım cüdoçularımızdan Gültac Məmmədəliyeva və Nəzakət Əzizova bürünc medallarını qazanıb.


Müəllif: