22 Sentyabr 2017 15:00
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” futbol komandasının Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matçın bilet satışı davam edir.

Teleqraf.com klubun rəsmi saytına istinadla xəbər verir ki, artıq satılan biletlərin sayı 58 000-ə çatıb. Satışda yalnız 2 manatlıq biletlər qalıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq tickets.az saytından əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ” - "Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP – 50 manat

Kateqoriya 1 – 20 manat

Kateqoriya 2 – 10 manat

Kateqoriya 3 – 5 manat

Kateqoriya 4 – 2 manat

Şatış məntəqələri:

Asan Xidmət Mərkəzləri

Heydər Əliyev Sarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Azarkeşlər qeyd olunan ünvanlarda vauçerləri biletlərlə dəyişə bilər.


Müəllif: Samir