22 Sentyabr 2017 20:23
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın voleybolçular arasında Avropa çempionatında daha iki oyun keçirilib.

Teleqraf.com xəbər verir ki, I tur çərçivəsində B və D qrupunda qərarlaşan kollektivlər üz-üzə gəliblər.

İtaliya millisi Gürcüstanın paytaxtı Tbilisidə baş tutan görüşdə meydan sahiblərini məyus ediblər – 3:0.

Göygöldə isə Serbiya yığması Çexiya komandasını eyni hesabla üstələyib.

Avropa çempionatı

I tur

B qrupu

İtaliya – Gürcüstan 3:0 (25:14, 25:12, 25:12)

Tbilisi. Yeni İdman Sarayı

D qrupu

Serbiya – Çexiya 3:0 (25:22, 25:16, 25:23)


Müəllif: Teleqraf.com