22 Sentyabr 2017 19:57
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 22-də qadın voleybolçular arasında Avropa çempionatının “A” qrupunda yer alan Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.

Teleqraf.com xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Azərbaycan yığmasının start heyətində meydana Kseniya Pozdnyak, Odina Bayramova, Alyona Həsənova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova və Valeriya Məmmədova çıxıblar.

Azərbaycanın və Macarıstanın dövlət himnlərinin səsləndirilməsindən sonra hakimin final fiti səslənib.

Milli komandamız ilk setin əvvəlində hesabda irəli çıxsa da, çox keçmədən macarıstanlı voleybolçular üstünlüyü ələ alıblar. Lakin yüksək əzmkarlıq nümayiş etdirən voleybolçu qızlarımız setin sonuna doğru üstünlüyü ələ alaraq, ilk seti qələbə ilə başa vurublar – 25:23.


Müəllif: Teleqraf.com