22 Sentyabr 2017 21:47
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci oyunda komandada bir az həyəcan var idi, bir az boşluq yarandı, ancaq sonradan komanda özünü topladı.

Bunu Trend-ə Azərbaycanın qadınlardan ibarət voleybol milli komandasının məşqçisi Famil Ağayev deyib.

O qeyd edib ki, komandanın baş məşqçisi Faiq Qarayev əvəzetmələr etdi və bu, komandaya kömək etdi: “Birinci seti qələbə ilə başa vurduq və komanda özünü toparlayandan sonra digər iki setdə də rahatlıqla qələbə qazandıq”.

F.Ağayev bildirib ki, Azərbaycan yığmasının qarşıdakı rəqibləri Polşa və Almaniya komandaları da gücü rəqiblərdir: “Hər iki komanda güclüdür. Biz onların oyunlarını izləyəcəyik və onlarla hansı taktika ilə oynamaq lazımdır ona hazırlaşacağıq. Komandamıza inanırıq”.

Məşqçi deyib ki, Rusiya komandasını güclü hesab edirdilər, ancaq Rusiya-Ukrayna oyunu surpriz oldu: “Biz oyunun 3:0 hesabı ilə başa çatacağını gözləyirdik, ancaq 3:2 oldu. Hər komandadan fərqli oyun gözləmək olar”.

F.Ağayev əlavə edib ki, Milli Gimnastika Arenasında hər cür şərait var: “Burada komanda özünü çox rahat hiss edir”.


Müəllif: Teleqraf.com