23 Sentyabr 2017 00:58
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 22-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin birinci günün sonuncu oyununda “A” qrupunda yer alan Almaniya və Polşa voleybolçuları qarşılaşıblar.

Teleqraf.com xəbər verir ki, oyunun qarşılıqlı hücumlar şəraitində keçən ilk seti Almaniya voleybolçularının 25:23 hesablı qələbəsi ilə başa çatıb. İkinci setdə Polşa voleybolçuları asan qələbə qazanıblar – 25:15. Oyunun üçüncü seti Almaniya yığmasının üstünlüyü ilə yekunlaşıb - 25:18. Bundan sonra oyunda dönüş yaradan polşalılar gərgin idman mübarizəsi şəraitində keçən dördüncü seti 25:23 hesablı qələbə ilə başa vura biliblər. Polşalılar tay-brekdə 15:5 hesabı ilə asan qələbə qazanaraq oyunun taleyini həll ediblər – 15:5.

Beləliklə, Polşa yığma komandası 3:2 hesabı ilə qalib gələrək Avropa çempionatının ilk oyununda qələbə qazanıblar.

Bu qrupun ilk oyununda Azərbaycan voleybolçuları Macarıstan yığmasını məğlubiyyətə uğradıblar – 3:0.


Müəllif: Teleqraf.com