24 Aprel 2014 21:18
857

Şəmkirdə təşkil edilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir.

ANS PRESS-in məlumatına görə, yarışların beşinci günü azərbaycanlı şahmatçı Teymur Rəcəbov üçün uğurlu olub.

Təmsilçimiz turnirin əsas favoriti, dünya çempionu Maqnus Karlsenə qalib gəlib.

A turniri

5-ci tur

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan) - 0:1

Hikaru Nakamura (ABŞ) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (İtaliya)

Turnir cədvəli: Karlsen, Karuana - 2,5 xal, Karyakin, Rəcəbov, Nakamura - 2, Məmmədyarov - 1.

Dünya çempionu Maqnus Karlsen “Shamkir Chess 2014” turnirində ardıcıl iki məğlubiyyəti yorğunluqla izah edib:

"Partiya zamanı bir neçə dəfə səhv etdim. Rəqib bundan yaxşı istifadə etdi. Qara fiqurlarda üstünlük yarandı. Seytnot zamanı artıq vəziyyətin pisləşdiyini gördüm. Bilmirəm, nə baş verir. Ardıcıl ikinci məğlubiyyət yorulduğumu göstərir. Mənə dincəlmək lazımdır. İstirahət günündən sonra yəqin, öz oyunumu bərpa edəcəyəm. İndi hiss edirəm ki, enerjim qalmayıb".


Müəllif: