24 Aprel 2014 22:46
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunları keçirilib.

Teleqraf.com-un məlumatına görə, "Xəzər Lənkəran" ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu "Qəbələ"ni qəbul edib.

21-ci dəqiqədə Viktor Mendi lənkəranlıları ümidləndirsə də, 54-cü dəqiqədə Nildo bərabərlik qolunu vurub - 1:1.

Beləliklə, iki oyunun nəticəsinə görə "Qəbələ" finala yüksəlib.

"Rəvan" doğma meydanda "Neftçi"ni qəbul edib. Matçda ilk qol "Neftçi"dən gəlib - 10-cu dəqiqədə Ruslan Qurbanov fərqlənib. 17-ci dəqiqədə "Rəvan" hesabı bərabərləşdirib. Cəmi bir dəqiqə sonra Flavinyo hesabı yenidən "neftçilər"in xeyrinə dəyişib. 54-cü dəqiqədə Bertucci oyunda son nöqtəni qoyub - 1:3.


Müəllif: