2 Oktyabr 2017 08:06
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə İtaliya A Seriyasında 7-ci turun oyunları keçirilib.

Teleqraf.com xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Roma” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Milan” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan inamlı qələbə ilə ayrılıb - 2:0. Hesabı 72-ci dəqiqədə Edin Dzeko açıb. 77-ci dəqiqədə isə Alessandro Florensi romalıları sevindirib.

Bu qələbədən sonra “canavarlar” xallarının sayını 15-ə çatdırıb. Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

.


Müəllif: Teleqraf.com