25 İyul 2014 23:45
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi"nin qapıçısı Petr Çex iddialı açıqlama verib.

O, London klubuna qayıdacağı gözlənilən Tibo Kurtua ilə əsas heyətdə oynamaq uğrunda rəqabətə hazır oluğunu deyib. Təcrübəli qolkiper bildirib ki, yeni mövsümdə ehtiyat oyunçular skamyasında oturmaq fikri yoxdur:

"Buna görə də özümü yaxşı tərəfdən göstərməyə çalışacam. Baş məşqçi Joze Mourinyo kimin oynayıb-oynamayacağı ilə bağlı yekun qərarı verəcək. Onun etimadını qazanmaq üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, ötən mövsüm "Atletiko"da icarə əsasında oynayan Tibo Kurtuanın müqaviləsi başa çatdığı üçün onun məxsus olduğu "Çelsi"yə qayıdacağı gözlənilir./qol.az/


Müəllif: