26 İyul 2014 00:19
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray"ın sabiq futbolçusu Didye Droqbanın "Çelsi"yə keçidi rəsmiləşib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, London təmsilçisi Fil Dişi Sahilli hücumçu ilə bir illik müqavilə imzalayıb.

İmzalanma mərasimindən sonra D.Droqba bunları deyib:

"Çelsi"yə keçmək barədə qərarımı asanlıqla verdim. Joze Mourinyo ilə yenidən çalışmaq fürsətini dəyərləndirməyə bilməzdim".

Qeyd edək ki, D.Droqba 2004-2012-ci illərdə "Çelsi"yə oynayıb.


Müəllif: