26 İyul 2014 01:58
486

Yeni mövsüm üçün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" növbəti yoxlama oyununu keçirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Türkmənistan təmsilçisi "Altın Asır"la üz-üzə gəlib. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.

"Sumqayıt"ın qollarının ikisini Məhəmməd Qurbanov, birini isə Tərzin Cahangirov vurub.

Xatırladaq ki, "Sumqayıt" bundan əvvəlki yoxlama matçlarında "Perspolis"ə məğlub (2:3) olub. Özbəkistanın "Bunyodkor"una qalib (1:0) gəlib, Batumi "Dinamo"su ilə bərabərə (2:2) qalıb.


Müəllif: