4 Oktyabr 2017 19:54
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Çexiya oyunu ilə bağlı videoçarx hazırlanıb.

Teleqraf.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, videoçarx azarkeşlərin stadiona necə gəlməsinə həsr olunub.

“Zenit” FK-ya məxsus olan ideyaya əsasən, matç günü azarkeşlərin Bakı Olimpiya Stadionuna getmələrinin münasib yolu göstərilib.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Çexiya görüşü saat 20.00-da başlayacaq.


Müəllif: